Honor “Robot Telefon”unu təqdim etdi: Hərəkətli kamera və süni intellektli köməkçi

UX/UI
3-4
Paylaş:
     Honor ilin əvvəlində hərəkətli kamera qolu olan “Robot telefon”unu ilk dəfə təqdim etmişdi. Mobile World Congress (MWC) sərgisi ərəfəsində Çin şirkəti cihaz haqqında daha ətraflı məlumat verdi və robotun əmrsiz şəkildə müxtəlif situasiyalara necə reaksiya verə bildiyini açıqladı. Şirkət bildirib ki, bu cihazı ilin ikinci yarısında bazara çıxarmağı planlaşdırır.

     Honor qeyd edib ki, robotun özünəməxsus “şəxsiyyəti” var və o, istifadəçiyə “baş hərəkətləri” ilə cavab verə bilir, həmçinin musiqinin ritminə uyğun rəqs edə bilir. İstifadəçilər telefondakı köməkçi ilə həm mətn, həm də səs vasitəsilə ünsiyyət qura bilirlər. Təqdim olunan videoda bir istifadəçi geyim seçimi ilə bağlı sual verir və robot başını tərpədərək uyğun variantı təklif edir.

     Telefon 200 meqapiksellik kameraya malikdir. Kamera üçoxlu (3-axis) stabilizasiya sistemli hərəkətli robot qimbal üzərində yerləşir. Şirkətin bildirdiyinə görə, kamera sərbəst şəkildə dönərək axıcı video və şəkillər çəkə bilir. Cihazda video çəkilişi üçün “Super Steady” rejimi də mövcuddur. Bundan əlavə, “Spinshot” funksiyası sayəsində robot kamera 90 və ya 180 dərəcə fırlanaraq kinematoqrafik kadrlar əldə etməyə imkan verir.
Dərc edildi: 01.03.2026

Sənin üçün seçdiklərimiz

MWC 2026: Yeni Nəsil Smartfonlar və Texnoloji Yeniliklər
3-4
28.02.2026

MWC 2026: Yeni Nəsil Smartfonlar və Texnoloji Yeniliklər

      Nadir hallar istisna olmaqla, bu günlərdə telefonlar olduqca darıxdırıcı görünür. Yaxşı xəbər isə budur ki, h...

Humanoid robotlar nə vaxt həyatımıza daxil olacaq?
3-4
26.02.2026

Humanoid robotlar nə vaxt həyatımıza daxil olacaq?

Humanoid robotların inkişaf mərhələsi açıqlanıbHumanoid robotların inkişaf mərhələsi açıqlanıb     İnsanabənzər rob...

DJI ABŞ-da FCC-nin idxal qadağasına qarşı məhkəməyə müraciət etdi
6-7 dəq. oxuma vaxtı
25.02.2026

DJI ABŞ-da FCC-nin idxal qadağasına qarşı məhkəməyə müraciət etdi

     DJI, Şençjen (Çin) mərkəzli şirkət, 9-cu dairə ABŞ Apellyasiya Məhkəməsinə şikayət təqdim edərək FCC-nin qərar...

Artemis II missiyası helium problemi səbəbilə təxirə salındı
3-4
23.02.2026

Artemis II missiyası helium problemi səbəbilə təxirə salındı

     NASA rəsmiləri gələn ay Artemis II missiyasını Ay ətrafına buraxmağa hazır ola biləcəklərinə dair nikbin açıql...

Ödənişsiz sınaq dərsinə qoşul!

Formu doldur, biz səninlə əlaqə saxlayaq və dərs üçün uyğun vaxtı təyin edək. Bu fürsəti qaçırma, təhsilə ilk addımını at!

+994